Toyda kütləvi zəhərlənmə

Toyda kütləvi zəhərlənmə
  28 İyun 2014    Oxunub:1278
Sumqayıt şəhərində yerləşən “Simurq” şadlıq evində kütləvi zəhərlənmə olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyunun 27-də Sumqayıt şəhərinin ərazisindəki “Simurq” şadlıq evində şəhər sakinləri Elburus Nuruyev, arvadı Yeganə, oğlu Amil, qızı Rəfiqə, qardaşı Rəşad və onun arvadı Samirə qidadan zəhərlənib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti