Süni intellekt psixi xəstəliklərə diaqnoz qoyacaq
Sözügedən süni intellekt texnologiyası Tailand Səhiyyə Nazirliyinin psixi sağlamlıq şöbəsi və və Banqkok Çulalonqkorn Universitetinin tibb və mühəndislik fakültələri tərəfindən ərsəyə gətirilib. Texnologiya xəstələrin səsyazılarına əsasən onlarda depressiya əlamətlərini və intihara meyllilik dərəcəsini aşkarlayır. Ölkənin tanınmış psixiatrları "AI DMIND"in irəli sürdüyü diaqnozların doğruluğunu qənaətbəxş sayırlar. Bildirilir ki, bu texnologiya xəstələrin müalicə prosesinin sürətləndirilməsinə mühüm töhfə verir.
(Çulalonqkorn Universitetinin tibb fakültəsinin dekan müavini Nicasri Çarnaronq)
Çulalonqkorn Universitetinin tibb fakültəsinin dekan müavini Nicasri Çarnaronq psixi pozğunluqların son illərdə artdığını vurğulayaraq, ölkədə ötən il 1,5 milyon insana diaqnoz qoyulduğunu, onların isə yalnız üçdə birinin müalicə kursuna başladığını dilə gətirib.
Firudin Həmidli
AzVision.az
Teqlər: Tailand süni-intellekt psixi-xəstəliklər