Monqolustanın valyuta ehtiyatları rekord həddə çatıb

Monqolustanın valyuta ehtiyatları rekord həddə çatıb
  19 Mart 2024    Oxunub:851
Monqolustanın rəsmi valyuta ehtiyatları ölkə tarixində ilk dəfə ən pik həddə yüksəlib və 5 milyard dollardan çox olub.
Bu barədə Monqolustanın Mərkəzi Bankı məlumat yayıb. Qeyd olunub ki, 2024-cü ilin mart ayının ortalarına ölkənin valyuta ehtiyatları görünməmiş həddə çataraq 5 016,3 milyon dollar təşkil edib. Belə ki, bu ilin əvvəlindən bank sistemi vasitəsilə xarici valyuta axınının artması və müsbət xarici ticarət saldosunun qorunub saxlanması hesabına valyuta ehtiyatları 1,9% və ya 95 milyon dollar artıb.

Vurğulanıb ki, valyuta ehtiyatlarının bu cür artması ölkənin kredit reytinqinə müsbət təsir göstərəcək, özəl sektorun maliyyə fəaliyyətini dəstəkləyəcək, əhalinin milli valyutaya - tuğrikə inamını gücləndirəcək. “Həmçinin, 2024-cü ilin ilk iki ayında Monqolustan Bankının daxili bazardan aldığı qiymətli metalların həcmi 2,3 tona çatıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 88% və ya 1,1 ton artıb”, - deyə məlumatda bildirilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti