AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vahe Qalumyan deyib. O, Milli Assambleyada jurnalistlərə verdiyi müsahibə zamanı qeyd edib ki, rəsmi Bakının hazırda tələb etdiyi və Tavuş ərazisi kimi göstərilən 4 kənd əvvəllər Azərbaycan ərazisi olub.
Deputat həmçinin Ermənistana aid sərhəd kəndinin də 90-cı illərdən Azərbaycanın nəzarətində olduğunu xatırladıb: "Təhvil veriləcək ərazilərdə ermənilərə məxsuz evlər yoxdur. O kəndlərdə heç bizim əhali də yaşamır. Əgər qaytarılacaq kəndlərdə hansısa erməni vətəndaşın mənzili aşkarlansa, bu məsələ dövlətin dəstəyi ilə həll olunacaq. Bu, sülh prosesinin bir hissəsidir. Biz həll yollarını tapmalı və məsələni birdəfəlik aradan qaldırmalıyıq”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən
sərhəd kəndlərində yaşayan sakinlərlə görüşü zamanı İrəvanın Bakı ilə Tavuş bölgəsində sərhədləri dəqiqləşdirməsini vacib sayıb. O, əks halda bölgədə yeni münaqişənin başlayacağını deyib.
Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin
Tavuş vilayətindən başlayacağını deyib.
Tural Tağıyev
AzVision.az