Berlin uşaqları müharibəyə necə hazırlayır? - ABC detalları açıqladı

Berlin uşaqları müharibəyə necə hazırlayır?  - ABC detalları açıqladı
  19 Mart 2024    Oxunub:998
Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst-BND) kəşfiyyatçıların və agentlərin ələ alınması, həmçinin gənc nəsli adıçəkilən qurumda xidmətə cəlb etmək üçün xüsusi kampaniyaya başlayır.
Bu fikirlər İspaniyanın ABC qəzetində dərc olunan məqalədəndir.

Kəşfiyyat müharibəsi: ABŞ Ukraynanın Rusiya ilə sərhədində 12 baza yaradıb
Müəllif yazıb ki, “Berlin təkcə casusları işə cəlb etməyə deyil, uşaqları müharibəyə hazırlamaq üçün də geniş kampaniyaya başlayır”.

İddia olunur ki, BND-də nasist kökləri qalıb və bu amil qurumun öz sıralarına effektli, savadlı gəncləri cəlb etməsini çətinləşdirir. Bundan başqa, yazıda Alman Federal Kəşfiyyat Xidmətinin Soyuq Müharibə illərində "qaranlıq və gizli" bir tarixə malik olduğu qeyd edilib.

Təhsil naziri Bettina Ştark-Vatzingerin sözlərinə görə, alman uşaqları və gəncləri “Almaniya ərazisində müharibə ehtimalına” daha yaxşı hazır olmalıdırlar. ABC digər Avropa İttifaqı (Aİ) ölkələrinin də mülki müdafiə ilə bağlı dərslərin keçirilməsi məsələsində yaxşı təcrübəyə malik olduğunu xatırladıb. Alman hakimiyyət orqanları isə hazırda məktəblərdə hərbi sahənin daha çox qabardılmasını təklif edirlər: “BND rəhbərliyi bu istəyin reallaşmasında qərarlıdır və onlar yeni agentlərin işə cəlb edilməsi- döndərmə əməliyyatlarına yönəlmiş rebrendinq kampaniyasına başlayıblar”.

Məsələn, bu yaxınlarda Almaniyanın müxtəlif şəhərlərində “Biz terrorçuları axtarırıq, onları bizimlə bərabər tapın”, və ya “Biz casus axtarırıq” plakatları peyda olub.

Bundan öncə Avropa Şurasının rəhbəri Şarl Mişel Liberation-a Avropada sülhü qorumaq üçün Aİ ölkələrini müharibəyə hazırlaşmağa çağırıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Kəşfiyyat   Almaniya   Uşaq  





Xəbər lenti