Meloni: "Rəfəhə hücum yolverilməzdir"

      Meloni:    "Rəfəhə hücum yolverilməzdir"
  19 Mart 2024    Oxunub:890
"İtaliya didərgin düşənlərin sığındığı Rəfəh şəhərinə İsrail Silahlı Qüvvələrinin qurudan hərbi əməliyyat keçirməsinə qarşıdır".
AzVision.az xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Corca Meloni Senatda çıxışı zamanı dilə gətirib.

"Bu məsələ ilə bağlı bəyanatımızı bir daha təkrarlayırıq ki, Rəfəh şəhərinə hücum orada məskunlaşan çoxsaylı mülki əhali üçün daha fəlakətli nəticələr doğura bilər", - o deyib.

Meloni həmçinin Qəzza zolağına humanitar yardımın təhlükəsiz çatdırılması üçün yeni quru yollarının, habelə Kiprdən dəniz yolunun açılmasını əhəmiyyətli addım kimi qiymətləndirib.
Netanyahu Rəfəhə hücum planını təsdiqləyib

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu ötən günlərdə Qəzzanın Rəfəh şəhərinə hücum əməliyyatını təsdiqləyib. Şimaldan didərgin düşmüş bir milyondan artıq insan məhz Misir sərhədində yerləşən həmin şəhərə sığınıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İtaliya   Qəzza   İsrail  





Xəbər lenti