İsrailin keçmiş müdafiə naziri Livana qarşı müharibəyə çağırıb

   İsrailin keçmiş müdafiə naziri Livana qarşı müharibəyə çağırıb
  19 Mart 2024    Oxunub:1012
İsraildə bir sıra yüksək vəzifə tutmuş, eləcə də 2016-2018-ci illərdə müdafiə naziri vəzifəsində çalışmış Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunu Livana qarşı müharibə aparmağa çağırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Hərbi kabineti, qərargah rəisini və şimal komandanlığının generalını ağıllarını başlarına yığmağa və müharibəni düşmən ərazisinə keçirməyə çağırıram", - o vurğulayıb.

Xatırladaq ki, ötən il oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri Livanla sərhəddə İsrail və "Hizbullah" arasında da mütəmadi toqquşmalar baş verir. İsrail və Livanda yerləşən Hizbullah Qəzzada müharibənin əvvəlində atəş almağa başladılar. Nəticədə təxminən 80 min dinc sakin İsrailin şimalından didərgin düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Livan   Hizbullah  





Xəbər lenti