İŞİD Moskvadakı terrorun məsuliyyətini öz üzərinə götürüb

 İŞİD Moskvadakı terrorun məsuliyyətini öz üzərinə götürüb
  23 Mart 2024    Oxunub:1075
İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, bu barədə terror qruplaşmasının teleqram kanalında bildirilib.

Terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.

Bununla belə, Ümum-Rusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin jurnalisti Andrey Medvedev isə bunun feyk olduğunu iddia edib. Onun fikrincə, bu kimi bəyanatları ciddiyə almaq lazım deyil:

“İslam Dövlətinin rəsmi teleqram kanallarında heç bir məlumatın olmaması ilə yanaşı, Əfqanıstan özəklərinin resurslarında da heç bir açıqlama yoxdur. Üstəlik, hazırda İŞİD hətta Yaxın Şərqdə belə təsirsiz bir strukturdur ki, heç bir rəsmi bəyanat belə 100 faiz ciddiyə alınmamalıdır”.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti