Kadir İnanırın vəziyyəti necədir?

 Kadir İnanırın vəziyyəti necədir?
  27 Mart 2024    Oxunub:1196
Türkiyənin məşhur aktyoru, "Yeşilçam"ın ustad sənətkarı Kadir İnanırın son vəziyyəti açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, martın 24-də Beykozdakı evində halı pisləşən və xəstəxanaya çatdırılan aktyor beyin əməliyyatı keçirib və qan laxtası yığılan damarı açılıb.

K.İnanır 2 gün reanimasiyada saxlanılıb. Həkimlərinin verdiyi məlumata görə, aktyor xəstəxanaya gətirilən zamanı huşu üstündə olmayıb və sağ tərəfi iflic olub.

Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Necdet Sağlam əməliyyatdan sonra çəkilən MRT müayinələri prosedurun uğurlu keçdiyini və beyin qidalanmasının hazırda yaxşı olduğunu qeyd edib.

Həkim Kadir İnanırın vəziyyətinin stabil olduğunu açıqlayıb və hazırda reanimasiyada yatılı vəziyyətdə saxlanıldığını qeyd edib.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti