"Rusiya sərhədçilərinin çıxarılması biryolluq həll olunub" - Simonyan

 "Rusiya sərhədçilərinin çıxarılması biryolluq həll olunub" -    Simonyan
  27 Mart 2024    Oxunub:1123
"Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi biryolluq həll olunub. Onlar avqustun 1-nə kimi oranı tərk edəcəklər".
AzVision.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan brifinqdə deyib. O bildirib ki, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmir.
Paşinyan: "Sülh müqaviləsinin prinsipləri 2022-ci ildə hərtərəfli razılaşdırılıb"


"Prosesi dövlətlərarası razılaşmanın pozulması kimi təqdim etməyə cəhd edirlər. Bu, Ermənistan sərhədçilərinə yardım göstərmək məqsədi daşıyan idarələrarası sənəd idi. Artıq belə bir ehtiyac yoxdur".

İrəvanın rus sərhədçilərinin Ermənistan-Türkiyə sərhədini tərk etməsi ilə bağlı məsələni tezliklə həll edəcəyi ilə bağlı şayiələrə gəlincə, Simonyan deyib ki, müzakirədə belə bir söhbət yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti