Kılıçdaroğlu Ərdoğana mənəvi təzminat ödədi

   Kılıçdaroğlu Ərdoğana mənəvi təzminat ödədi
  27 Mart 2024    Oxunub:983
Türkiyənin keçmiş CHP sədri Kamal Kılıçdaroğlu məhkəmə qərarı ilə prezident Rəcəb Tayyib Ərdoğana mənəvi təzminat ödəyib.
Ankara Regional Ədliyyə Məhkəməsi keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun ifadələrində prezident Ərdoğanın şəxsi hüquqlarına zərbə vurduğunu əsas gətirərək mənəvi təzminat ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabından verdiyi açıqlamada bu barədə məlumat verib:

"Prezidentimizə qarşı əsassız ittihamlar irəli sürdüyü üçün Kamal Kılıçdaroğluna qarşı açdığımız mənəvi ziyanla bağlı iş Ankara Regional Ədalət Məhkəməsinin 25-ci Mülki Kollegiyası tərəfindən yekunlaşıb. Kılıçdaroğlu təzminat və yardımlar daxil olmaqla 138 min 138 lirə ödəyıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti