"Krokus"da terror aktı qurbanlarının 84-nün şəxsiyyəti müəyyənləşdirilib

   "Krokus"da terror aktı qurbanlarının 84-nün şəxsiyyəti müəyyənləşdirilib
  27 Mart 2024    Oxunub:993
"Crocus City Hall" mərkəzində terror aktı nəticəsində həyatını itirənlərdən 84 nəfərin cəsədinin şəxsiyyəti müəyyən olunub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsindən məlumat verilib.

"Hazırda ölənlərdən 84-nün, o cümlədən 9-16 yaşlı 5 nəfərin meyitinin şəxsiyyəti müəyyənləşdirilib. Digər qurbanların şəxsiyyətlərini müəyyənləşdirmək üçün molekulyar-genetik müayinələr aparılır", - məlumatda bildirilir.

İstintaq Komitəsinə terror aktı nəticəsində doğma və ya yaxınlarının itkin düşməsi ilə bağlı zərərçəkənlərdən indiyədək 143 ərizə daxil olub.

AzVision.az


Teqlər: Rusiya   terror-aktı  





Xəbər lenti