Borrel: "Qəzzaya havadan yardım əlverişsizdir"

      Borrel:    "Qəzzaya havadan yardım əlverişsizdir"
  27 Mart 2024    Oxunub:1081
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Qəzza zolağına hava yolu ilə göndərilən yardımların ənənəvi üsulu əvəzləmədiyini dilə gətirib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Qəzzaya quru yolu ilə təcili və təhlükəsiz humanitar yardım təminatına icazə vermək İsrailin öhdəliyidir. Orada aclıq çəkən insanlar üçün kifayət dərəcədə qida ehtiyatı yığılıb və çatdırılmağı gözləyir.

Xatırladaq ki, İsrail tərəfinin Qəzza zolağına quru yolu ilə yardıma əngəl törətməsi nəticəsində bir sıra ölkə, o cümlədən ABŞ, Misir və İordaniya mülki şəxslər üçün hava vasitəsilə qida yardımı göndərir. Eyni zamanda, Kiprdən də dəniz yolu ilə yardımlar çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   İsrail   humanitar-yardım  





Xəbər lenti