Polşada məktəb məzunları hərbi təlim keçəcək

Polşada məktəb məzunları hərbi təlim keçəcək
  28 Mart 2024    Oxunub:862
Polşanın hakimiyyət orqanları orta məktəb məzunları üçün könüllü hərbi hazırlığı tətbiq etməyi düşünür.
Bunu TVN24 telekanalında ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. Nazir qeyd edib ki, hələlik hökumətin məcburi hərbi xidmətə qayıtmaq planı yoxdur. Bununla belə, o, Polşada məcburi hərbi xidmətin ləğv edilmədiyini, dayandırıldığını vurğulayıb.

Bir gün əvvəl Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa məcburi hərbi xidmətin geri qaytarılması imkanlarının müzakirəsinə başlamağın zəruriliyini açıqlamışdı. Ölkədə 2009-cu ildə məcburi hərbi xidmət könüllü xidmətlə əvəz olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti