"Pedaqoqların dəyərsizləşdirildiyi Ermənistan məhvə məhkumdur" - Ekikyan
“Hesab edirəm ki, mədəniyyət, yaradıcılıq mərkəzlərini bağlamaq insanın həyatına son qoymaq qədər günahdır", -o gileylənib.
Ekekyan qeyd edib ki, mədəniyyət mərkəzlərinə dəyərsiz məkanlar kimi yanaşılır, teatr, ansambl, orkestr, xor dərnəkləri xüsusən də dövlət hesabına fəaliyyət göstərirlərsə, onlara mənasız bir fəaliyyət deyirlər.
Mədəniyyət ocaqları hazırkı dövrdə İrəvan rəhbərliyi üçün qəbuledilməz sayılır. Xüsusən də bu siyasi səbəblərdən belədir: "Teatr uzun illərdir ki, mövcud olub. Birdən-birə qərara gəlirlər ki, daha teatr və ya o ansambla ehtiyac yoxdur. Çünki nə vaxtsa onların bədii rəhbəri vətəndaş mövqeyini ifadə edib. Hazırda elə bir dövrdəyik ki, ölkəmizdə pulu olanlar cəmiyyətin ən yüksək, elit təbəqəsinə çevrilib. Sənətkarın, ziyalının, müəllimin isə çoxdandır ki, dəyəri yoxdur. İntellektual şəxslər, incəsənət adamları, pedaqoqların dəyərdən salındığı bir dövlət dağılmağa məhkumdur".
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan