Bakıda doğulmuş "qanuni oğru" Şakro Molodoy azadlıqda

   Bakıda doğulmuş "qanuni oğru"    Şakro Molodoy azadlıqda
  29 Mart 2024    Oxunub:1833
Əvvəllər Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərinə hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinən "qanuni oğru" Zaxariy Kalaşov (Şakro Molodoy) şərti azadlığa buraxılması ilə bağlı qərardan sonra həbsdən azad edilib.
Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Kalaşovun koloniyadan azad edilməsi ilə bağlı sualı cavablandıran agentliyin həmsöhbəti “Bəli, düzdür” deyib. Bundan əvvəl Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi onun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib.

Kalaşovun şərti azadlığa çıxmaq üçün müraciət edəcəyi barədə məlumat ötən ilin fevralında Telegram kanallarında yayılıb. Həmin vaxt o, Rusiya Federal Penitensiar Xidmətinin Krasnodardakı 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirdi.

Qeyd edək ki, 2018-ci ildə Rusiya paytaxtı Moskvanın Nikulinsk Məhkəməsinin qərarı ilə "Şakro Molodoy" 9 il 9 ay azadlıqdan məhrum edilmişdi.

Bakıda doğulmuş yezidi-kürd Zaxariy Knyazeviç Kalaşov DİN gizli məlumatlarına görə, nüfuzlu avtoritet, İspaniyada OPQ liderlərindən biridir. O, məşhur "Yaponçik"in tövsiyəsi ilə "taclandırılıb".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti