Gəncədə ana doğuş zamanı öldü, uşağın vəziyyəti ağırdır

   Gəncədə ana doğuş zamanı öldü,    uşağın vəziyyəti ağırdır
  01 Aprel 2024    Oxunub:1103
Gəncədə hamilə qadın qeysəriyyə əməliyyatı zamanı ölüb.
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə qadın 27.03.2024-cü il tarixində saat 16:58 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Perinatal Mərkəzin Ginekologiya şöbəsinə huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı və sifilis diaqnozları ilə yerləşdirilib.

"Pasiyent qeysəriyyə əməliyyatı olunub və boyu 41 sm, çəkisi 1 kq 300 qram olan qız dünyaya gətirib.

Daha sonra zahı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 01.04.2024-cü il saat 08:30 radələrində kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.

Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbi patoloji anatomik müayinə vasitəsi ilə aydınlaşdırlacaq.

Qeyd edək ki, azyaşlının müalicəsi Perinatal Mərkəzin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti