Bakıda xanım sürücü avtoxuliqanlıq etdi

  Bakıda xanım sürücü avtoxuliqanlıq etdi
  01 Aprel 2024    Oxunub:1181
Bakının Səbail rayonunda avtoxuliqanlıq edən xanım sürücü bir il sürücülük hüququndan məhrum edilib və cərimələnib.
Bu barədə AzVision.az -a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, “BMW” markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.

Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti