AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı

   AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
  01 Aprel 2024    Oxunub:901
Aprelin 2-də AFFA-nın növbəti Konfransı keçiriləcək.
AzVision.az xəbər verir ki, tədbir saat 10:00-da başlayacaq.

Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı, AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi daxildir.

Xatırladaq ki, AFFA-nın prezidenti vəzifəsinə yeganə namizəd SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdir.

AzVision.az


Teqlər:





Xəbər lenti