Astarada ağır qəza: Bir ailənin 3 üzvü yanaraq ölüb
Rayonun Şiyəkəran kənd sakini, 31 yaşlı Əliyev Elman Mirzəmməd oğlu 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı, "BMW" markalı avtomobilində idarəetməni itirərək iri tonnajlı avtomobilə çırpılıb.
Nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus yük avtomobili ilə toqquşub.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb.
Qəza nəticəsində sürücü və həyat yoldaşı, 22 yaşlı Əliyeva Fərqanə İlham qızı, onların 3 yaşlı uşaqı - Əliyeva Gülxanım Elman qızı avtomobildə yanaraq ölüblər.
Hadisə yerinə FHN-nin Astara Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili, canlı qüvvəsi və xilasetmə qurupunun iki briqadası cəlb edilib.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
AzVision.az