Qobuda itlərin dişlədiyi uşaq evə buraxılıb

   Qobuda itlərin dişlədiyi uşaq evə buraxılıb
  02 Aprel 2024    Oxunub:1051
Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb.
Bu barədə AzVision.az -a KTM-dən məlumat verilib.

Bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, martın 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında itlər azyaşlı uşağın üstünə hücum edib. KTM-ə təcili tibbi yardımla gətirilən azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti