Nazarbayev və Lukaşenkodan Putinə zərbə

Nazarbayev və Lukaşenkodan Putinə zərbə
  30 İyun 2014    Oxunub:1038
Belarus və Qazaxıstan Avrasiya İqtisadi Komissiyasının iclasında Rusiya tərəfindən Ukraynada istehsal olunan mallara qarşı yeni rejimin tətbiq olunması barədə qətnaməni qəbul etməkdən imtina edib.
Bu barədə AzVision.az “Vedemosti” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki iyunun 27-də Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirlən Avropa İttifaqı (Aİ) sammitində Aİ-lə assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzalayıb. Saziş Ukrayna və Aİ arasında azad ticarət zonasının yaradılmasını da nəzərdə tutur. Aİ-lə azad ticarət zonası gömrük rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

Ukrayna o cümlədən MDB azad ticarət zonasının da üzvüdür. Gömrük Şurasının mövcud qətnaməni dəstəkləməməsi fonunda Rusiya təşkilatın qaydalarına uyğun olaraq birtərəfli qaydada hərəkət etmək hüququ əldə edib.

Belarus hökumətinin rəsmisi nəşrə ölkəsinin qətnaməni dəstəkləməkdən imtina etdiyini təsdiqləyib. Belarus baş nazirinin müavinin sözlərinə görə, hazırda Gömrük Şurası iqtisadiyyatı üçün təhlükə səviyyəsini qiymətləndirmək olduqca tezdir. Deməli belə qərarları təcili şəkildə qəbul etmək lazım deyil.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti