Gediş haqqının elektron ödənişi üçün alətlərlə təchiz olunma halları təsdiqlənib
Qərara əsasən, həmin hallar aşağıdakılardır:
- Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;
- Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda.
Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması "Avtomobil nəqliyyatı haqqında" Qanunun 28.3-cü maddəsinə uyğun təşkil edilir.
AzVision.az
Teqlər: Nazirlər-Kabineti qərar