"Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" - MN

   "Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" -    MN
  04 Aprel 2024    Oxunub:829
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çətin relyefli və yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.

Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir.

Qeyd olunub ki, Azərbaycan Ordusu sıralarında xidmət edən vətənpərvər gənclər komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti