Aİ minatəmizləmədə Azərbaycana dəstəyini davam etdirəcək

Aİ minatəmizləmədə Azərbaycana dəstəyini davam etdirəcək
  04 Aprel 2024    Oxunub:888
Avropa İttifaqı minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir. Biz Azərbaycan xalqının rifahı, sülh, sabit və firavan Cənubi Qafqaz naminə güclü dəstəyimizi davam etdirəcəyik.
Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko "X"də yazıb. "Biz ANAMA-nın fədakar əməyini və icraçı tərəfdaşlarımız olan BMT-nin İnkişaf Proqramı (UNDP), UNICEF, eləcə də digər beynəlxalq təşkilatlar və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk.

Fəxr edirik ki, bizim dəstəyimiz minalarla mübarizə imkanlarının artırılmasına, o cümlədən, ilk qadın minatəmizləmə qrupunun yaradılmasına gətirib çıxarıb və Azərbaycanın bu sahədə lider mövqeyinə töhfə verib",- deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti