Tərtərdə minaya düşənlərin vəziyyəti AÇIQLANDI

   Tərtərdə minaya düşənlərin vəziyyəti    AÇIQLANDI
  05 Aprel 2024    Oxunub:1399
Xəbər verdiyimiz kimi, aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib. Hadisə nəticəsində 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, Suqovuşan qəsəbəsində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir:

"2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti stabildir".

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, Arzuman Tağızadə sağ yuxarı ətrafın çoxsaylı qəlpə yaralanması və sağ bazu sümüyünün açıq sınığı travması ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna daxil olub:

"Sağ bazu sümüyünün yivli mil xarici fiksasiya aparati ilə osteosintez əməliyyatı icra olunub. Xəstənin ümumi vəziyyəti kafidir. Stasionar müalice davam etdirilir".

Qeyd edək ki, İsmayılov Polad isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti