Ermənistanda dini dözümsüzlüyün bariz nümunəsi - VİDEO

   Ermənistanda dini dözümsüzlüyün bariz nümunəsi  - VİDEO
  18 Aprel 2024    Oxunub:746
Ermənistanda ksenofobiya və irqi ayrı-seçkiliklə yanaşı dini dözümsüzlük də yüksək səviyyəyə qalxıb. Dünən sosial şəbəkələrin erməni seqmentində müsəlman birinin şəhərdə namaz qılmasına dair video yayılıb. Yerli media əsasən siyasətçilərin bu hadisəyə fikirlərini dərc edib.
Məsələn, "Mamul" nəşri yazıb ki, siyasi fəal Samvel Mxitaryanın çəkdiyi kadrdakı şəxs guya türkdür.

Sinaqoqa hücum: Ermənilər yəhudilərə “müharibə” elan edir – VİDEO
“Onlar bu gün (Dünən-red.)Gümrünün mərkəzi küçəsində namaz qılırlar. Əgər indi bu hökumətin çirkab dolu fəaliyyətini dayandırıb əməllərini təmizləməsək, sabah mərkəzi meydanlarımızda türk nəfəsini hiss edəcəyik”, - məqalədə yazılıb.

Qeyd edək ki, Ermənistanda nəinki islamofobiya və türkə nifrət təfəkkürü ilə yanaşı antisemitizm də tüğyan edir. İkinci Qarabağ Müharibəsindən sonra, bu ölkədə Holokost abidəsi və digər yəhudi heykəllərinə hücumlar olub.
Hətta üç il öncə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontreras (Raoul Contreras) Ermənistanda antisemitizm hallarının artmasına dair televiziya verilişi də hazırlamışdı.


AzVision.az



Teqlər:   Ermənistan   Namaz  





Xəbər lenti