Paşinyan yenidən sərhəddə yaşayanlarla görüşdü |
“Məqsədimiz ondan ibarətdir ki, siz həyəcanla “Azərbaycan bizdən 50 metr aralıdadır” deməyiniz. Deyəsiniz ki, “yaxşı ki, 50 metr o tərəfdə Azərbaycan yerləşir, biz burada ticarətlə məşğul olacaq, təsərrüfat quracayıq. Avtomobillərin keçəcəyi və Ermənistan Respublikasına vəsait ödəniləcək bir keçid məntəqəsi də tikilsin”, - Paşinyan qeyd edib.
Eyni zamanda, o, yerli sakinlərin təhlükəsizlik zəmanətləri ilə bağlı gözləntilərindən də söz açıb. Baş nazir "yüz faiz zəmanətin olmadığını" deyib. Lakin "o addım-addım 90 və ya daha çox faizə çatacağıq" deyib. O iddia edib ki, İrəvan belə bir xətt götürsə, Ermənistan yüz dəfə güclənəcək.
Baş nazir dünən Tavuş vilayətinin Voskepar kəndinin sakinləri ilə də yenidən görüşmüşdü.
Onun Voskepara əvvəlki səfəri bir ay əvvəl - martın 18-də baş tutub. Baş nazir burada rezonans doğuran bəyanatla çıxış edib. O, delimitasiya məsələsinin müzakirəsindən imtinanın Azərbaycanla yeni müharibəyə gətirib çıxara biləcəyini deyib. Həmin vaxt yerli media bunu ölkə rəhbərinin xalqı təhdid etməsi kimi qiymətləndirmişdi.
Tural Tağıyev
AzVision.az