ABŞ israilin hücumundan əvvəlcədən xəbərdar olub

ABŞ israilin hücumundan əvvəlcədən xəbərdar olub
  19 Aprel 2024    Oxunub:928
ABŞ İsrailin İrana zərbə endirməyə hazırlaşmasından xəbərdar olub, lakin əməliyyatın həyata keçirilməsində iştirak etməyib.
Bu barədə Amerikanın NBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

İranın hava limanları İsrailin hücumundan sonra fəaliyyətini bərpa edib
"Bloomberg" nəşri də ABŞ rəsmilərinə istinadla yazıb ki, İsrail İrana zərbə endirmək niyyəti barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.

Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.
AzVision.az



Teqlər:   İsrail   İran  





Xəbər lenti