Rusiya-Ermənistan Universitetində terror həyəcanı

Rusiya-Ermənistan Universitetində terror həyəcanı
  19 Aprel 2024    Oxunub:965
Ermənistan Daxili İşlər Nazirliyi Rusiya-Ermənistan Universitetinin (RAU) binasında partlayıcı qurğu quraşdırılması ilə bağlı məlumatları araşdırır.
AzVision.az xəbər verir ki, bu barədə yerli media Ermənistan DİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hazırda hadisə yerində əməliyyat qrupları işləyir. Nazirlik başqa təfərrüatları açıqlamayıb.

Universitetdən Sputnik Ermənistan-a verilən məlumata görə, saat 10:00-a qədər tələbə və müəllimlər binadan təxliyə ediliblər. Yarım saatdan sonra məlum olub ki, universitetdə heç bir təhlükə yoxdur və dərslər həmişəki qaydada davam etdirilib.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti