İsfahan İrandan buraxılan PUA ilə vurulub - "The New York Times"

İsfahan İrandan buraxılan PUA ilə vurulub    - "The New York Times"
  19 Aprel 2024    Oxunub:989
İsrailin İrana hücumu nəticəsində İsfahan şəhəri yaxınlığındakı hərbi baza da vurulub.
AzVision.az xəbər verir ki, bu fikirlər “The New York Times”da dərc olunan məqalədəndir. Nəşr adı açıqlanmayan üç İran rəsmisinə istinad edib.

ABŞ israilin hücumundan əvvəlcədən xəbərdar olub
Rəsmilərin məlumatına görə, zərbə İran ərazisindən buraxıldığı ehtimal edilən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Nəticədə onlar hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilməyib. Mənbələr qeyd ediblər ki, İran silahlı qüvvələri İsfahandan təxminən 800 km aralıda yerləşən Təbriz şəhəri ərazisində bir neçə kiçik pilotsuz uçan aparatı məhv etməyə müvəffəq olub.

İki İsrail rəsmisi isə qəzetə hücumun arxasında İsrail hərbçilərinin olduğunu təsdiqləyib.

Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.
AzVision.az



Teqlər:   İsrail   İran  





Xəbər lenti