İsrail "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib

   İsrail "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib
  21 Aprel 2024    Oxunub:754
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda şiə "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.
“Gecə ərzində qırıcı təyyarələr Livandakı bir sıra "Hizbullah" terrorçu mövqelərinə, o cümlədən Odise bölgəsindəki müşahidə məntəqəsinə və Xiam bölgəsindəki iki hərbi obyektə hücum edib”, - məlumatda deyilir.

Hərbçilər həmçinin "Tayr Harf bölgəsindəki "Hizbullah" hərbi strukturunun daxilində fəaliyyət göstərən terrorçunun müəyyən edildiyini bildiriblər.

“Döyüşçülər binanı vuraraq dağıdıblar”, - bildirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti