`ATƏT Xədicə İsmayılı Əli Kərimlidən üstün tutur`

`ATƏT Xədicə İsmayılı Əli Kərimlidən üstün tutur`
  01 İyul 2014    Oxunub:1054
“Mən özüm Bakıda keçirilən ATƏT Parlament Assambleyasında qonaq qismində iştirak etmişəm. Deputatlardan başqa orada iştirak edən digər bütün şəxslər məhz ATƏT-in özünün razılığı əsasında sessiyanın işinə qatılırlar. Bu baxımdan, sözügedən tədbiri Azərbaycan hakimiyyəti deyil, ATƏT keçirir”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sosial şəbəkədə hakimiyyəti onun ATƏT-in keçirildiyi tədbirin keçirildiyi məkana buraxmaması ətrafında yazdığı fikirlərə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, tədbirə çağırılan qonaqlar partiya mənsubları, KİV nümayəndələri, müxtəlif QHT rəhbərləri ATƏT-in rəsmi icazəsi əsasında tədbirin işinə qatılırlar: “Hətta burada Azərbaycan hakimiyyətinin nümayəndələrindən kimlərin iştirak etməsini də ATƏT müəyyənləşdirir. Mənim də ATƏT tərəfindən verilən vəsiqəmi təftiş etdikdən sonra, adımın siyahıda olduğuna əmin olduqdan sonra içəri daxil olmağıma şərait yaratdılar. Yəni bu açıqlamanı ona görə verirəm ki, ictimaiyyət də bilsin ki, tədbirin təşkilatçısı ATƏT-dir və Əli Kərimli yenə şoumenliklə məşğul olur”.

Niyaməddin Orduxanlı ATƏT-in tədbirində iqtidara müxalif şəxslərin də olduğunu bildirib: “Hətta onların arasında Xədicə İsmayıl da var idi. Yəqin Əli Kərimli bu böhtanı ilə demək istəyir ki, hətta ATƏT-in özü Əli Kərimliyə Xədicə İsmayıldan az hörmət edir. Yaxud, ATƏT-də Xədicə İsmayıla Əli Kərimlidən daha çox hörmət olunur. Əgər Əli Kərimlinin o tədbirdə adı siyahıya salınmayıbsa, burada fürsətdən istifadə edib, hakimiyyəti günahlandırmaq lazım deyil. Çünki bu, yersiz bir ittihamdır”.



Teqlər:





Xəbər lenti