Tbilisidə məktəblərdə terror aktları ilə bağlı məlumat yayılıb

   Tbilisidə məktəblərdə terror aktları ilə bağlı məlumat yayılıb
  22 Aprel 2024    Oxunub:735
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Tbilisi məktəblərində kütləvi terror aktının hazırlanması ilə bağlı yayılan xəbərlərdən sonra araşdırma aparmağa başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “İmedi” televiziya şirkəti məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti məktəblərdən birində silah-sursat tapılması ilə bağlı yayılan məlumatları da təkzib edib.

Qeyd edək ki, yayılan xəbərlərdə qırğın baş verməli olan on məktəbin siyahısı təqdim olunub.

Bundan əvvəl də məktəblərdə terror aktları ilə bağlı məlumatların yayılması ilə bağlı oxşar hadisə Ermənistanda da baş verib.

Həmidə İbrahimova

AzVision.az





Teqlər:





Xəbər lenti