Los-Ancelesdə ermənilər təxribatçı aksiya keçiriblər

Los-Ancelesdə ermənilər təxribatçı aksiya keçiriblər
  22 Aprel 2024    Oxunub:1200
Xəbər verdiyimiz kimi aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
İrəvan rəhbərliyi işğalda qalmış kəndlərimizdən vaz keçsə də, erməni cəmiyyəti və diasporu bununla barışmır, təxribatçı əməlləri davam etdirirlər.

Məsələn, "Mamul" nəşrinin yaydığı məlumata görə, ABŞ-də yaşayan ermənilər Tavuş sakinlərinə "dəstək" adı altında aksiya keçiriblər. Qeyd dilir ki, Los-Anceles erməniləri Tavuşda kəndlərin geri qaytarılmasına etiraz edənlərlər həmrəy olduqlarını bəyan ediblər.

Maraqlıdır ki, avtoyürüşdə Ermənistan və ABŞ bayraqları qaldırılıb. Ermənilər keşmiş qondarma separatçı rejimi bu dəfə yada salmayıblar.
AzVision.az

Qalereya




Teqlər: Ermənistan  





Xəbər lenti