Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarılıb

Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarılıb
  27 Aprel 2024    Oxunub:1303
Ukrayna ordusunun zərbələri nəticəsində Rusiyaya məxsus “Podlyot” səyyar radiolokasiya stansiyası sıradan çıxarılıb.
AzVision.az “24tv.ua”ya istinadən xəbər verir ki, əməliyyatı adı çəkilən ölkənin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.

Nəticədə stansiyanın anten-fider sistemi yararsız hala düşüb.

Rusiyada silahlanmaya 2015-ci ildə qəbul edilən və qiyməti 5 milyon ABŞ dollarından artıq olan bu qurğudan hədəflərin aşkarlanaraq, “S-300/S-400” zenit-raket komplekslərinə ötürülməsində istifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti