Güllələnən Baş nazirin vəziyyəti yaxşılaşıb

   Güllələnən Baş nazirin vəziyyəti yaxşılaşıb
  20 May 2024    Oxunub:918
Slovakiyanın güllələnən Baş naziri Robert Fitsonun səhhəti yaxşılaşır. Bu barədə siyasətçinin müalicə olunduğu Banska Bistritsa xəstəxanasından məlumat verilib.
“Bugünkü konsultasiyadan sonra xəstənin vəziyyəti stabildir. Kliniki olaraq yaxşılaşır, ünsiyyət qurur”, - tibb müəssisəsindən bildirilib.

Xatırladaq ki, Robert Fitsoya qarşı sui-qəsd mayın 15-də, Handlovada hökumətin iclasından sonra baş verib. Siyasətçi sinəsindən və mədəsindən bir neçə güllə yarası alıb. Həkimlər Fitsonu bir neçə dəfə əməliyyat edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti