Ərdoğan İranın müvəqqəti prezidentinə başsağlığı verib

   Ərdoğan İranın müvəqqəti prezidentinə başsağlığı verib
  20 May 2024    Oxunub:836
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin səlahiyyətlərinin icraçısı Məhəmməd Müxbirə zəng vuraraq başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Ərdoğan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və nümayəndə heyətinin helikopter qəzasında həyatlarını itirməsi ilə bağlı qarşı tərəfə kədərini dilə gətirərək səbir diləyib və ölkəsinin hər zaman İranın yanında durduğunu diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İran   prezident   başsağlığı  





Xəbər lenti