Təyyarə hava boşluğuna düşdü: 70 yaralı - YENİLƏNİB

 Təyyarə hava boşluğuna düşdü:  70 yaralı - YENİLƏNİB
  21 May 2024    Oxunub:1641
Sinqapur Hava Yollarına məxsus təyyarədə xəsarət alanların sayı artıb.
AzVision.az xəbər verir ki, hava boşluğuna düşmüş təyyarədə yaralananların sayı 70-ə çatıb.

Altısının vəziyyəti ağır qiymətləndirilir.


* * *

Londonun Hitrou hava limanından Sinqapura uçan təyyarənin güclü hava boşluğuna düşməsi nəticəsində bir nəfər ölüb və 30-a yaxın insan yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Sinqapur Hava Yolları məlumat yayıb.

Qeyd olunub ki, "Boeing 777-300ER" təyyarəsində ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub. Singapur Hava Yolları həlak olan şəxsin ailəsinə başsağlığı verib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: təyyarə   qəza  





Xəbər lenti