Qərb Tbilisini qorxudur: Sanksiya, vizasız rejimin ləğvi gündəmdə

      Qərb Tbilisini qorxudur:    Sanksiya, vizasız rejimin ləğvi gündəmdə
  22 May 2024    Oxunub:753
Avropa İttifaqına üzv olan bir sıra ölkələr Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsinə cavab olaraq rəsmi Tbilisiyə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini istəyir.
Bu barədə “Financial Times” (FT) müzakirələrdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb. Nəşr bildirib ki, Niderland, Çexiya, İsveç və Estoniya təşkilatın xarici işlər nazirlərinin gələn həftə keçiriləcək görüşündə Gürcüstana qarşı sanksiyaların tətbiqini müzakirə etmək təşəbbüsü ilə çıxış ediblər.

Təkliflər arasında Gürcüstan vətəndaşları üçün Aİ-yə vizasız rejimin ləğvi, məqsədyönlü sanksiyalar və xüsusəndə təşkilata üzv olan ölkələrdə Gürcüstan dövlətinə və rəsmi şəxslərinə məxsus vəsaitlərin dondurulması da var.

Bundan əvvəl ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, Gürcüstan demokratiyaya zərbə vurarsa, Vaşinqton ona qarşı sanksiyalar tətbiq edəcək.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun Avropa İttifaqında ciddi narazılığa səbəb olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti