Avropa Saakaşvilidən imtina etdi

   Avropa Saakaşvilidən imtina etdi
  23 May 2024    Oxunub:850
Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin iki şikayətini tamamilə rədd edib. Bununla bağlı qərar məhkəmənin saytında dərc olunub.
Bildirilir ki, sabiq prezident ölkənin hazırkı hakimiyyətini siyasi motivlərlə təqib etməkdə ittiham edir və şikayətlər də bununla bağlı olub. Dərc edilmiş qərarda göstərilir ki, Saakaşvili 2018-ci il yanvarın 5-də və iyunun 28-də ona qarşı çıxarılan hökmlərin “təsdiqlənməmiş şayiələrə və digər etibarsız sübutlara əsaslandığını” iddia edib.

Eyni zamanda o, hesab edir ki, onun işinə baxan hakim müstəqillik və qərəzsizlik meyarlarına cavab verməyib.

Məhkəmə isə öz növbəsində yekdilliklə iddiaçının şikayətlərini qəbuledilməz elan edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti