Azad Rəhimovdan iş istədilər

Azad Rəhimovdan iş istədilər
  04 İyul 2014    Oxunub:1126
Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinlərini qəbul edib.
Quba şəhəri Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 30-dan artıq vətəndaş iştirak edib.

Gənclər sahəsi üzrə edilən müraciətlərin böyük əksəriyyəti Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.

Digər müraciətlər idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində olub.

Qəbul zamanı ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı da müraciətlər edilib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.


Teqlər:





Xəbər lenti