Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edir

   Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edir
  24 May 2024    Oxunub:1154
Mayın 27-də Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu ləğv etmək proseduruna başlayacaq.
Bu barədə Gürcüstanın qanunverici orqanının saytında deyilir. Belə ki, həmin gün yerli vaxtla saat 09:00-da Parlamentin Hüquq Məsələləri Komitəsinin iclası nəzərdə tutulub.

Komitənin müzakirə etməli olduğu ilk məsələ prezidentin xarici agentlər haqqında qanuna veto qoymasıdır. Komitə vetonun ləğvini təsdiq edərsə, məsələ mayın 28-də plenar iclasa çıxarılacaq.

Prezidentin vetosunu ləğv etmək üçün birpalatalı parlamentin 150 deputatından ən azı 76-sının razılığı lazımdır. Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının 84 mandatı var.

Veto ləğv edildikdən sonra qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. S. Zurabişvili yenidən sənədi imzalamaqdan imtina edərsə, onu parlamentin spikeri Şalva Papuaşvili imzalayacaq və sənəd dərc ediləcək. Qanun dərc edildikdən sonra qüvvəyə minəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti