Avropa Parlamentinin ofislərində axtarış aparılıb

   Avropa Parlamentinin ofislərində axtarış aparılıb
  29 May 2024    Oxunub:1272
Belçikanın hüquq-mühafizə orqanları Rusiyanın müdaxiləsi ilə bağlı araşdırma çərçivəsində çərşənbə günü Avropa Parlamentində axtarış aparıb. Bu barədə RTBF telekanalı məlumat yayıb.
RTBF-nin verdiyi məlumata görə, məhkəmə müstəntiqi Avropa Parlamentinin əməkdaşlarından birinin ofisində axtarış aparmaqdan əlavə, məmurun Brüsseldəki iqamətgahında axtarış aparılmasını əmr edib.

Belçikanın baş naziri Aleksandr De Kroo Belçika federal prokurorluğunun Rusiyanın Avropa Parlamentinə müdaxiləsi ilə bağlı araşdırmaya başladığını bildirib. Müstəntiqlərin fikrincə, avropalı deputatlara Rusiya təbliğatını yaymaq üçün pul verilir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti