Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəeetmə Xidmətinin dəstəyi ilə baş tutan səfər dolğun və yaddaqalan olub.
Kuklaçılar Füzuli sakinləri qarşısında “Məlikməmməd” tamaşası, “Oyuq” Müstəqil Teatrı yetirmələri isə “Can Qarabağ” adlı rəngarəng konsert proqramı ilə çıxış ediblər.
nümayiş olunub.
Tamaşaçılar əvvəlcə Azərbaycan xalq nağılı əsasında yeni səhnələşdirmədə ərsəyə gələn “Məlikməmməd” tamaşasını izləyiblər.
Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə teatrın baş rəssamı İqbal Əliyevdir.
Rejissor bu klassik nümunəni İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimizlə əlaqələndirib və ona əlavələr edərək, fərqli prizmadan baxmağa çalışıb.
Səhnə əsərinin əsas məqsədi uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Nağılda padşahın üç oğlundan biri olan Məlikməmməd divlər ilə mübarizədə igidlik göstərərək həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyi ilə işıqlı dünyaya çıxır və tamaşa müsbət sonluqla bitir.
Anşlaqla keçən nümayişin ardınca “Oyuq”çuların ifalarında hərbi-vətənpərvərlik, eləcə də Qarabağ, zəfər mövzularında klassik və yeni mahnılar səslənib.
AzVision.az