Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb - FOTOLAR
Tərəflər iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar.
Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı hər üç ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan Pakistan XİN görüş