Naxçıvanda növbəti kadr dəyişikliyi olub

 Naxçıvanda növbəti kadr dəyişikliyi olub
  01 İyun 2024    Oxunub:1531
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
Bununla bağlı muxtar respublikanın Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncamla Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.

Digər sərəncamla isə Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Malik Rzayevə həvalə olunub.

AzVision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti