Qonşusunu qeyrət üstündə bıçaqladı - FOTO

Qonşusunu qeyrət üstündə bıçaqladı - FOTO
  05 İyul 2014    Oxunub:1115
Faktla bağlı cinayət işi açılıb.
Tərtərdə bıçaqlanma hadisəsi baş verib.

AzVision.az anspress-ə istinadən məlumatına görə, rayonun Sarov kənd sakini, 51 yaşlı Mail Hüseynov həmkəndlisi 21 yaşlı Yelmar Abbasovu bıçaqlayıb.

Qeyd edək ki, hadisəni törədən Mail Hüseynov I qrup gözdən əlildir. Hadisəni də öz həyətyanı sahəsində törədib.

Tərtər rayon Polis Şöbəsindən əldə etdiyimiz məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bıçaq zərərçəkənin qarın nahiyəsinə dəyib.

Təqsirləndirilən çəxs Tərtər polisi tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı CM-nin 126.1 maddəsiylə cinayət işi açılıb, istintaq gedir


Teqlər:





Xəbər lenti