İsrail vətəndaşları Maldiv adalarına buraxılmayacaq

   İsrail vətəndaşları Maldiv adalarına buraxılmayacaq
  02 İyun 2024    Oxunub:875
Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

“Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi və hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”, - deyə məlumatda bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti