İrəvana buraxılmayan jurnalist 41 gündən sonra Parisə qayıtdı

İrəvana buraxılmayan jurnalist 41 gündən sonra Parisə qayıtdı
  03 İyun 2024    Oxunub:943
Xəbər verdiyimiz kimi erməni əsilli fransız hərbi jurnalist Leo Nikolyan Ermənistana buraxılmayıb.
Zvartnots Hava Limanında pasport nəzarətindən keçərkən müxbirə məlumat verilib ki, onun Ermənistana girişi qadağandır. Hərbi müxbir bundan sonra qadağaya etiraz olaraq hava limanında aclıq aksiyasına başlamışdı.

Bu gün isə o, göstərdiyi şounun mənasız olduğunu anlayıb. "Aravot" nəşrinin yaydığı məlumata görə Nikolyan aksiyanın 41-ci günündə hava limanından Fransaya geri qayıdıb. O, İrəvandan ayrılarkən həyatını "xilas etdiyi" üçün FlyOneArmenia aviaşirkətinə təşəkkür edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Jurnalist  





Xəbər lenti